Gürcüstanda SOCAR-a məxsus avtomobilə hücum edildi

Gürcüstanda SOCAR-a məxsus avtomobilə hücum edildi
18.09.2025 12:00 Dünya

Gürcüstanda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR-a məxsus avtomobilə silahlı hücum edilib. Hadisə hakim “Gürcü arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Telegram” kanalında məlumat yayılıb.

Bildirilir ki, hadisə Kareli şəhərində baş verib. 

Avtomobildə güllə izləri və zərbə nəticəsində yaranmış xəsarət izləri müşahidə olunub.

Məlumata görə, hadisə ilə bağlı bir nəfər saxlanılıb. 

Hadisə yerində xəsarət alanın olmadığı bildirilir.

Aysel Mətləb

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər