Gürcüstan və Ermənistanın tranzit potensialından istifadə imkanları müzakirə edildi
Dünya
14.11.2025 21:00
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkənin tranzit potensialından səmərəli istifadə imkanlarını müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onlar strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı və avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları müzakirə ediblər.
Mirzoyan Vaşinqton sammitinin nəticələrinin region üçün yeni imkanlar açdığını vurğulayıb və Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə Gürcüstana minnətdarlığını bildirib.
Tərəflər həmçinin beynəlxalq hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
tag: Gürcüstan,İrakli Kobaxidze ,XİN, Mirzoyan, todaypress.tv,
