Günəşdə güclü alışma qeydə alındı, 39 dəqiqə davam etdi
Sentyabrın 2-də Günəşdə gücünə görə sondan əvvəlki M sinfinə aid alışma qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" Tətbiqi Geofizika İnstitutuna (FGBU “İPG”) istinadən məlumat yayıb.
Məlumata görə, M3.0 (N12E88) alışması Bakı vaxtı ilə saat 23:20-də qeydə alınıb və 39 dəqiqə davam edib.
Qeyd edək ki, alimlərin məlumatına əsasən, Günəşdə alışmaların tez-tez baş verməsinin səbəbi ulduzun üzərindəki bir neçə ləkə qrupunun bir-birinə təsir etməsidir.
Aysel Mətləb