Güclü leysan Moskvanı iflic etdi - VİDEO

Güclü leysan Moskvanı iflic etdi - VİDEO
11.07.2026 18:07 Dünya

Rusiyanın paytaxtı Moskva güclü leysan yağışları və şiddətli küləyin təsiri altına düşüb. Şəhərin bəzi rayonlarında yağıntının intensivliyi o qədər yüksəkdir ki, pəncərələrdən qonşu binaları belə görmək mümkün olmur.

TodayPress TV xəbər verir ki, sinoptiklərin məlumatına görə, əlverişsiz hava şəraiti bazar ertəsinə qədər davam edəcək.

Proqnoza əsasən, Moskva və ətraf bölgələrdə leysan yağışlarının ən intensiv mərhələsi bazar günü saat 11:00-16:00 aralığında müşahidə olunacaq. Sakinlərə zərurət olmadıqca açıq havaya çıxmamaq və ehtiyatlı olmaq tövsiyə edilir.

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər