Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın yeni siyasi büro rəhbəri Xəlil əl-Həyyə ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, məlumata görə, Xəlil əl-Həyyə Qəzza zolağı və İordan çayının qərb sahilindəki son vəziyyət barədə məlumat verərək, HƏMAS-ın sülh danışıqlarında konstruktiv mövqe tutmağa davam etdiyini bildirib.
Hakan Fidan isə Türkiyənin Fələstin xalqına dəstəyinin davam etdiyini bir daha vurğulayıb.