FT: Tramp Ukraynadakı münaqişənin uzana biləcəyindən narahatdır

FT: Tramp Ukraynadakı münaqişənin uzana biləcəyindən narahatdır
11.07.2025 10:05 Dünya

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin uzunmüddətli qarşıdurmaya çevrilə biləcəyi perspektivi üzərində düşünməyə məcburdur.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Ağ Evin münaqişənin həlli istiqamətindəki uğursuz cəhdlərinə diqqət çəkərək yazıb.

Məqalədə qeyd olunur ki, Tramp prezident seçkiləri ərəfəsində Ukrayna müharibəsinə 24 saata son qoya biləcəyini iddia edirdi. Lakin indi o, bu böhranın uzun müddət davam edə biləcəyi ilə barışmaq məcburiyyətindədir".

Qəzetin məlumatına görə, Tramp Ukraynada atəşkəsə nail olmaq istiqamətindəki təşəbbüslərinin nəticəsiz qalmasından narazıdır və bu durum onu yeni taktiki qərarlar üzərində düşünməyə vadar edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər