Fransız jurnalist Brijit Makrona qarşı böhtan ittihamından bəraət aldı

Fransız jurnalist Brijit Makrona qarşı böhtan ittihamından bəraət aldı
10.07.2025 17:28 Dünya

Fransa Apellyasiya Məhkəməsi jurnalist Natali Reyi ölkənin birinci xanımı Brijit Makrona qarşı böhtan ittihamı üzrə təqsirsiz bilib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danglean sosial şəbəkə “X” hesabında məhkəmə qərarını paylaşaraq məlumat yayıb.

İş 2023-cü ildə Reyin Brijit Makronun bioloji cinsi ilə bağlı şübhələrini ifadə etdiyi yazılarla bağlı açılmışdı. Vəkilin sözlərinə görə, jurnalist indi Brijit Makron və onun hüquqşünası Jan-Mişel Tronyeyə qarşı “məhkəmə sistemindən sui-istifadə” ittihamı ilə qarşılıqlı iddia qaldırmağa hazırlaşır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər