Fransanın cənubunda meşə yanğını başladı

Fransanın cənubunda meşə yanğını başladı
06.08.2025 04:34 Dünya

Fransanın Ribot şəhərinin yaxınlığında meşə yanğını başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə bölgə prefekturası "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ribot şəhərinin ərazisində güclü yanğın baş verib. Onun söndürülməsi üçün mühüm qüvvələr səfərbər edilib", - deyə qeyd olunub.

"BFMTV" kanalı bildirib ki, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən göndərilib.

Prefekturanın açıqlamasına görə, yanğın söndürülməsi səbəbindən ərazidə yollar bağlanıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər