"Lenti merlə birgə kəsmişdik, orda yazı olmayıb" - Sabiq İcra başçısı danışdı

"Lenti merlə birgə kəsmişdik, orda yazı olmayıb" -  Sabiq İcra başçısı danışdı
29.09.2026 18:05 Gündəm

“Bu yazı yenidir, nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm”.

TodayPress TV xəbər verir ki, bu sözləri Şah İsmayıl Xətainin Bakıda yerləşən heykəlinin ucaldılmasını sifariş edən, həmin dövrdə Xətai rayonunun icra başçısı olmuş Zəlimxan Məmmədli deyib.

O bildirib ki, abidə 1992-ci ilin sonlarında onun təşəbbüsü ilə sifariş edilib, açılışı isə 1993-cü ilin iyununda baş tutub:

“Abidənin müəllifi İbrahim Zeynalovdur. O abidənin açılışını, mitinqini şəxsən mən etmişəm. Lenti rəhmətlik Bakının o vaxtkı meri Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də – hökmdarın doğum günündə abidəni ziyarət edirəm. Bu  yazı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadə etməyi doğru hesab etmirəm”.

Qeyd edək ki, abidənin postamentində “Şah İsmayıl Xətai” yazısının altında “Nəvəm İsmayıl Atakuşevə həsr olunur – İbrahim Zeynalov” ifadəsinin yer aldığı məlum olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparılır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər