“Ford” 120 minə yaxın avtomobilini geri çağırır
“Ford” şirkəti Amerikadan 115,5 min avtomobili geri çağıracaq.
TodayPress TV bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, geri çağırılmaya səbəb sükan sistemində yaranan nasazlıqdır.
Məlumata görə, geri çağrılan avtomobillər 2020 və 2021-ci illərdə istehsal olunmuş “F-250”, “F-350” və “F-450” modelləridir.
“Ford” geri çağırılan avtomobilləri pulsuz təmir edəcək, həmçinin nasaz avadanlıqları təmənnasız dəyişdirəcək.
Aynur TAC