Finlandiya Ukrayna üçün ABŞ-dən silah almayacaq

Finlandiya Ukrayna üçün ABŞ-dən silah almayacaq
05.08.2025 23:40 Dünya

Finlandiya hazırkı mərhələdə NATO-nun ABŞ-dən silah alınmasını nəzərdə tutan yeni proqramı vasitəsilə Ukraynaya yardımın ötürülməsində iştirak etməyəcək.

TodayPress TV xəbər verir ki, "Yle" telekanalının məlumatına görə bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib.

O qeyd edib ki, Helsinki məhsulların fərqli proqram çərçivəsində alınmasına fokuslanıb.

"Biz öz resurslarımızı daxili sənaye proqramına ayırmışıq və bu proqram çərçivəsində bütün Finlandiyada şirkətlərimizdən Ukrayna üçün məhsullar sifariş edirik", - o deyib.

Onun sözlərinə görə, ölkə bu proqramı Ukrayna ilə birlikdə hazırlayıb ki, maksimum yardım göstərilsin.

Finlandiya eyni zamanda bu təşəbbüsün digər ölkələr tərəfindən dəstəklənməsini vacib sayır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər