Fin siyasətçi: Avropanın silahlanması Ukrayna siyasətinin iflasıdır

Dünya

11.12.2025 10:32

Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Avropanın yenidən silahlanmasının səbəblərini açıqlayıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Aİ ölkələrinin bu addımı Rusiyadan gələn təhdidlərlə bağlı deyil, Ukrayna siyasətinin uğursuzluğunu ört-basdır etmək məqsədi daşıyır.

Mema bildirib ki, Avropa liderləri Rusiyanın qitəyə hücum etmək niyyətinin olmadığını yaxşı bilirlər və yenidən silahlanma prosesi əsasən “silah lobbisinin maraqlarını zənginləşdirməyə xidmət edir”.

Qeyd edək ki, Aİ son günlər mülki büdcə vəsaitlərinin müdafiə sahəsinə yönəldilməsi barədə razılığa gəlib. Danimarkanın sədrliyi ilə aparılan danışıqlarda Avropa Parlamenti ilə ilkin razılaşma əldə olunub. Bu dəyişiklik Aİ fondlarının müdafiə sənayesinə açılmasını nəzərdə tutur.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyeyen yaxın günlərdə Avropa üçün Təhlükəsizlik proqramı çərçivəsində yeni SAFE fondunun yaradıldığını da elan edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Rusiya ,Finlandiya ,Silah ,Armando Mema,Todaypress.tv,