Filippindəki aksiyada 40-a yaxın polis yaralandı

Filippindəki aksiyada 40-a yaxın polis yaralandı
21.09.2025 23:10 Dünya

Filippinin paytaxtı Manilada keçirilən korrupsiyaya qarşı etiraz yürüşünə təxminən 8 min nəfər qoşulub.

TodayPress TV xəbər verir ki, "Inquirer" nəşrinin məlumatına görə, aksiyada iştirakçılar hökuməti təxminən bir trilyon peso dəyərində korrupsiya qalmaqalına görə məsuliyyətə cəlb etməyi tələb ediblər.

Bu vəsait daşqınlarla mübarizə fondundan mənimsənilib.

Etiraz zamanı bir qrup naməlum şəxs Mendiola Sülh Tağı yaxınlığında polisə daş və butulkalar ataraq Malakanyang sarayına gedən yolu açmağa çalışıb. Nəticədə təxminən 40 polis əməkdaşı xəsarət alıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər