Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu”

Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu”
19.08.2026 20:43 Dünya

Ukrayna Prezident Ofisi ölkədə müharibə davam etdiyi bir vaxtda seçkilərin keçirilməsi ilə bağlı keçmiş müdafiə naziri Mixail Fedorovun təklifinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, BBC-nin məlumatına görə, Prezident Ofisindəki mənbə hazırkı vəziyyətdə seçkilərin təşkili ideyasını qeyri-real hesab edib.

“Raket və dron hücumları fonunda seçkiləri planlaşdırmaq olduqca qəribədir. Bu, tamamilə reallıq hissinin olmadığını göstərir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Mixail Fedorov Ukraynada müharibə bir neçə il də davam etsə belə, seçkilərin keçirilməsinə imkan verəcək qanuni, təhlükəsiz və real mexanizmin hazırlanmasını təklif edib. O bildirib ki, Rusiyanın müharibənin nə vaxt başa çatacağına qərar verməsi Ukraynada demokratik seçkilərin taleyini müəyyən etməməlidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər