Fars körfəzində neft axını bərpa olunur: Günlük göstərici 16 milyon barrelə çatdı
Fars körfəzi üzərindən neft ixracı Hörmüz boğazından keçidlərin artması hesabına müharibədən əvvəlki həcmin üçdə ikisinə qədər bərpa olunaraq sutkada təxminən 15-16 milyon barrelə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Goldman Sachs" analitiklərinin məlumatlarına əsaslanan "Bloomberg" məlumat yayıb.
Analitiklərin hesablamalarına görə, boğaz üzərindən neft ixracının tam bərpası üçün daşınmaların sutkada daha 6-8 milyon barrel artırılması tələb olunur.
Qiymət Mahir