Əyləncə parkındakı attraksion iki qadını xəstəxanalıq etdi

Əyləncə parkındakı attraksion iki qadını xəstəxanalıq etdi
29.08.2026 05:10 Dünya

ABŞ-nin Kaliforniya ştatında yerləşən “Six Flags Magic Mountain” əyləncə parkında attraksiondan istifadə edən iki qadın ağır kəllə-beyin travması alıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, iyul ayında Havay sakini, 40 yaşlı Pamela Gillen qızı ilə birlikdə attraksionda əylənərkən oturacağı yüksək sürətlə hərəkət edib. Bu zaman qadının başı oturacağın baş dayağına çırpılıb. O, huşunu itirib və xəstəxanaya çatdırılıb.

Tomoqrafiya müayinəsi nəticəsində onda subdural hematoma və beynin sıxılması aşkarlanıb. Qadının təcili əməliyyata ehtiyacı olub və əməliyyat zamanı kəllə sümüklərinin bir hissəsi çıxarılıb.

Bir neçə gün sonra oxşar şəraitdə Los-Anceles sakini, 25 yaşlı Naomi Greer-Wilkinson da xəsarət alıb. O, attraksiondan çıxdıqdan sonra huşunu itirib və hazırda komadadır.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər