Estoniya Britaniya qırıcılarını qəbul etməyə hazırdır
Estoniya nüvə silahı daşıya bilən Böyük Britaniya qırıcılarını qəbul etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazıb.
Qeyd edək ki, sentyabrın 22-də Böyük Britaniyanın Xarici İşlər Naziri İvette Kuper BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirib ki, Rusiyanın Estoniyanın hava məkanını pozduğu iddia edilən hərəkətləri NATO ölkələri ilə birbaşa toqquşma təhlükəsi yaradır.
Britaniyanın xarici işlər naziri vurğulayıb ki, lazım gələrsə, NATO alyans üzvlərinin hava məkanını pozan təyyarələrə qarşı mübarizə aparacaq.
Nicat Osman