Estoniya ABŞ-dən Ukrayna üçün silah alacaq
Estoniya ABŞ-dən Ukrayna üçün silah satın alacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniya prezidenti Alar Karis NATO-nun baş katibi Mark Rutte ilə birgə konfransda məlumat verib.
Rəsmi Tallinn NATO-ya üzv ölkələrin könüllü töhfələri hesabına sürətli silah tədarükünü nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsündə daha aktiv iştirakı planlaşdırır.