Ermənistanın qərbində icma rəhbəri güllələndi

Ermənistanın qərbində icma rəhbəri güllələndi
24.09.2025 08:56 Dünya

Ermənistanın qərbində yerləşən Armavir vilayətinin Merdzavan kəndində baş verən atışma nəticəsində iki nəfər, o cümlədən icma rəhbəri həlak olub, daha bir nəfər yaralanıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, çərşənbə axşamı gecə saatlarında adıçəkilən kənddə atışma baş verməsi barədə çağırış daxil olub. İlkin məlumatlara görə, insidentdə iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Dəqiqləşdirilmiş məlumata görə, həlak olanlardan biri icma rəhbəri Valodya Qriqoryandır.

Polis əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər