Ermənistanda müxalif bloqerlər iki ay müddətinə həbs edildi
Dünya
14.11.2025 06:45
Ermənistanda hökuməti və Baş nazir Nikol Paşinyanı tənqid edən "İmnemnimi" verilişinin həmmüəllifləri və aparıcıları - müxalifətçilər Narek Samsonyan və Vazgen Saqatelyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs olunublar.
TodayPress TV-nin məlumatına görə, bu barədə onların vəkilləri "Facebook" hesablarında bildiriblər.
V.Saqatelyanın vəkili Arsen Babayan bildirib ki, Roman Smbatyanın sədrliyi ilə keçirilən məhkəmə müstəntiqin vəsatətini təmin edib və Saqatelyanın iki ay müddətinə həbsdə saxlanılması barədə qərar çıxarıb. Məhkəmənin qərarından müəyyən edilmiş qaydada Apelyasiya Məhkəməsinə şikayət veriləcək.
N.Samsonyanın vəkili Ruben Melikyan qeyd edib ki, müdafiə etdiyi şəxs də oxşar məhkəməyəqədər həbs cəzası alıb: "Məhkəmə Narek Samsonyanın iki ay müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib. Bildiyimə görə, Vazgen Saqatelyana da oxşar tədbir tətbiq edilib. Məhkəmənin qərarında gözlənilməz heç nə yox idi".
Noyabrın 13-də səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları bloqerlərin evlərində axtarış aparıblar və bundan sonra onlar Ermənistan Parlamentinin spikeri Alen Simonyanın bəyanatına əsasən xuliqanlıq ittihamı ilə saxlanılıblar.
tag: Ermənistan, Paşinyan, Bloger, Həbs, todaypress.tv,
