Ermənistan Rusiyanın dəmir yoluna “göz dikib?” Moskvadan REAKSİYA
Rusiya Ermənistan hökumətindən Cənubi Qafqaz Dəmir Yolu (CƏQD) şirkətinin konsessiyasının verilməsi ilə bağlı heç bir rəsmi müraciət almayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
“Bu məsələ ümumiyyətlə dərindən müzakirə edilməyib. Heç bir rəsmi müraciət olmayıb”, - deyə Overçuk qeyd edib.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yolu Rusiya Dəmir Yolları ASC-nin 100 faiz törəmə şirkətidir.
Kübra Musayeva