Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan telefon danışığı zamanı İran və ABŞ arasında yaranmış qarşıdurmanın həllinin yeganə yolunun danışıqlar olduğunu bildirib.
Türkiyə lideri davamlı sülh və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin Türkiyə-Yaponiya münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.