Ərdoğan: “Türkiyə Şimali Kipri heç vaxt yalnız buraxmayacaq”
Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini heç vaxt tək qoymayacaq.
TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü ilə bağlı təbrik mesajında bildirib.
“Milli mübarizəmiz Kipri heç vaxt tək qoymayacaq və Kiprin Türk xalqı ilə həmrəyliyimizi hər sahədə gücləndirməyə davam edəcəyik”, - Türkiyə lideri qeyd edib.