Ərdoğan: “İstanbulun fəthinin 572-ci ildönümü mübarək olsun”

Ərdoğan: “İstanbulun fəthinin 572-ci ildönümü mübarək olsun”
29.05.2025 17:34 Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 572-ci ildönümü münasibətilə "X" sosial şəbəkəsində paylaşım edib.   

TodayPress TV xəbər verir ki, prezident Ərdoğan bu əlamətdar tarixi “tariximizin ən möhtəşəm dastanlarından biri” kimi dəyərləndirib: 

“İstanbulun fəthinin 572-ci ildönümü mübarək olsun. Bir dövrü bağlayıb, yeni bir dövr açaraq bu zəfəri millətimizə bəxş edən Fateh Sultan Mehmet Xana və onun şanlı ordusuna rəhmət, minnətdarlıq və təşəkkürlə yad edirəm”, - deyə dövlət başçısı qeyd edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər