Əraqçi Rubionu cizgi filmi personajına bənzətdi

Əraqçi Rubionu cizgi filmi personajına bənzətdi
11.11.2026 12:17 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ rəsmilərinin Tehrana qarşı siyasətini sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, Əraqçi bu barədə "X"da  ABŞ dövlət katibi Marko Rubionun mövqeyinə münasibət bildirərkən deyib.

“8 il əvvəl Mayk Pompeo kimi bir cizgi filmi personajı iranlıların yemək istəyirlərsə, Ağ Evin diktəsinə əməl etməli olduqlarını söyləmişdi.“Bu gün isə kubalıların da eyni siyasətin qurbanına çevrildiyi bir vaxtda Rubio həmin cəfəngiyyatı təkrarlayır”, - deyə Əraqçi bildirib.

Nazir əlavə edib ki, ABŞ-nin uğursuz siyasətinin arxasında qeyri-insani yanaşmadan daha çox reallıqdan uzaq siyasi xəyallar dayanır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər