Əfqanıstanda internetin verilməsi dayandırıldı
Əfqanıstan hökuməti ölkənin ali lideri Heybətullah Axundzadənin əmri ilə beş əyalətdə internet təchizatını dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici "Tolo news" məlumat yayıb.
Məlumata görə Qəndahar, Uruzqane, Gilmənd, Nimruz və Balx əyalətlərində internetə giriş qadağan edilib. Adı çəkilən vilayətlərdə bütün "WiFi" mənbələri dekativləşdirilib.
Ölkə üzrə fiber-optik internet provayderlərinin fəaliyyətinin demək olar ki, tamamilə dayandırıldığı qeyd edilib.
Türkan İsgəndərli