Dünya iqtisadiyyatının "şah damarı" kəsilir

Dünya iqtisadiyyatının "şah damarı" kəsilir
11.07.2026 10:08 Dünya

ABŞ ilə İran arasında hərbi gərginliyin artması fonunda Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı son günlər minimum səviyyəyə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi dəniz yükdaşımalarını izləyən "Windward" şirkətinin məlumatına istinadən xəbər yayıb.

Məlumata görə, son 12 saat ərzində Hörmüz boğazından cəmi altı gəmi keçib. Halbuki bir neçə gün əvvəl bu göstərici 18-22 gəmi arasında dəyişirdi.

Şirkət, həmçinin bildirib ki, transponderlərini söndürərək marşrutunu gizlədən gəmilərin sayı da artır. Hazırda bu cür "gizli tranzitlər" ümumi gəmi hərəkətinin təxminən 40 faizini təşkil edir ki, bu da son altı günün ən yüksək göstəricisidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər