Dron məsələsi böyüyür: Rusiya səfiri İsveç XİN-ə çağırıldı - TƏCİLİ
İsveç Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Sergey Belyayevi XİN-ə çağırıb.
TodayPress TV xəbər verir ki, səfirə Leypsiq hava limanında baş verən insidentlə bağlı etiraz bildirilib. Rusiya XİN-in məlumatına görə, Belyayev görüş zamanı hadisədə istifadə olunan dronların Rusiyaya məxsus olduğunu təsdiqləyən ciddi sübutların təqdim edilmədiyini bildirib.
Moskva Rusiyanın insidentə görə məsuliyyət daşıdığına dair ittihamları “təxribat” adlandıraraq rədd edir. Rusiya tərəfi bu cür açıqlamaların Almaniyadakı daxili siyasi vəziyyətlə əlaqəli olduğunu iddia edir.
Qeyd edək ki, Berlin bundan əvvəl insidentə görə məsuliyyəti rəsmi olaraq Rusiyanın üzərinə qoyub. Moskva isə bu ittihamları qəbul etmir.
Kübra Musayeva