Danimarka PUA hücumlarına qarşı təlimlər keçirir

Danimarka PUA hücumlarına qarşı təlimlər keçirir
27.09.2025 13:36 Dünya

Danimarka Hərbi Dəniz Qüvvələri, o cümlədən Esbern Snare freqatı İHA hədəfləmə praktikası həyata keçirir.

TodayPress TV xəbər verir ki, ordunun saytında dərc olunan press-relizdə Danimarka Kral Donanmasının pilotsuz uçuş aparatlarına qarşı planlı atəş təlimləri keçirildiyi bildirilir.

Açıqlamada bildirilir ki, manevrlər Odde adası yaxınlığında keçirilir. 

Danimarka Silahlı Qüvvələrinin məlumatına görə, krallığın hərbi freqatları PUA-lara qarşı istifadə oluna bilən müxtəlif silahlarla təchiz edilib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər