Con Bolton: "İrana qarşı mübarizə üçün kürdlər silahlandırılmalıdır"

Con Bolton: "İrana qarşı mübarizə üçün kürdlər silahlandırılmalıdır"
13.07.2026 09:13 Dünya

ABŞ Prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, İranın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını almağın ən etibarlı yolu Tehranda hakimiyyət dəyişikliyidir.

TodayPress TV xəbər verir ki, Boltonun sözlərinə görə, əgər ABŞ yerüstü qoşunlardan istifadə etmək istəmirsə, əsas rolu İran daxilindəki müxalif qüvvələr oynamalıdır.

O iddia edib ki, müharibə başlamazdan əvvəl kürd qruplarının və digər müxalif qüvvələrin silahlandırılması istiqamətində cəhdlər olub. Lakin onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla əlaqə saxlayaraq kürdlərin silahlandırılmamasını xahiş edib.

Bolton hesab edir ki, həmin proqramın dayandırılması səhv qərar olub. O bildirib ki, kürdlər ABŞ-nin etibarlı tərəfdaşları və İran hakimiyyətinin əsas rəqiblərindən biridir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər