“Coca-Cola” zavodu vuruldu, Zelenski ABŞ-yə mesaj çıxardı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın pilotsuz uçuş aparatı ilə “Coca-Cola” zavoduna zərbə endirdiyini bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski qeyd edib ki, zavodun Rusiya dronu, ehtimal ki, “Shahed” tərəfindən vurulması ABŞ-yə açıq mesajdır.
“Bu gün ruslar öz dronları ilə “Coca-Cola” zavoduna zərbə endirdilər. Artıq “Coca-Cola” onlar üçün elə bir düşməndir ki, onu “Shahed”lə yandırırlar. Bu, Rusiyanın Amerikaya açıq siqnalıdır. Onlar bilməyə bilməzlər ki, bu, Amerika şirkətidir”, - deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, Kiyev Rusiyanın bu taktikasına cavab olaraq “asimmetrik əməliyyatlar” həyata keçirəcək.
Kübra Musayeva