Çində nəhəng qızıl yatağı aşkarlandı: 200 tondan çox ehtiyat

Çində nəhəng qızıl yatağı aşkarlandı: 200 tondan çox ehtiyat
01.09.2026 08:52 Dünya

Çində geoloqlar böyük mis-qızıl yatağı aşkar ediblər.

TodayPress TV xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, yataq ölkənin şərqində yerləşən Anhui əyalətinin Xuançenq şəhərində, Çatinq rayonunda aşkarlanıb.

İlkin hesablamalara əsasən, yatağın əsas filiz gövdəsinin uzunluğu təxminən 1,2 kilometr, eni isə 1,1 kilometrdir. Mütəxəssislər burada 200 tondan çox qızıl ehtiyatının ola biləcəyini bildirirlər.

Mis ehtiyatlarının isə milyonlarla tonla ölçüldüyü qeyd olunur.

Məlumata görə, Çin 2025-ci ildə yerli xammaldan 381,3 ton qızıl istehsal edib. Yeni yatağın aşkarlanması ölkənin qızıl və mis ehtiyatlarının artırılması baxımından mühüm hadisə hesab olunur.

Qızıl bazarında da son dövrlərdə ciddi dəyişikliklər yaşanıb. Enerji qiymətlərinin artması və inflyasiya ilə bağlı narahatlıqlar qiymətli metalın qiymətinə təsir göstərib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər