Çin Zelenskiyə qarşı “həddən artıq səbir” göstərdiyini deyir
"Ukrayna prezidenti Volodimir Zelenski Çin şirkətlərinə sanksiya tətbiq etməklə Pekinin səbir kasasını daşırmağa çalışır".
TodayPress TV xəbər verir ki, bu barədə çinli hərbi və beynəlxalq siyasət üzrə analitik Sun Çjunpinin “Tencent” sosial şəbəkəsində yayımladığı şərhdə bildirilir.
“Əvvəlcə qeyd etmək lazımdır ki, Zelenskinin Çinə hansı ölkələrlə ticarət etməyi və ya əməkdaşlıq qurmağı diktə etmək haqqı yoxdur. Çin Ukraynaya və Zelenskiyə qarşı artıq həddindən artıq səbir nümayiş etdirir. Zelenski və Ukrayna parlamenti isə davamlı olaraq Tayvan kartını oynayır”, – deyə o bildirib.
Qiymət Mahir