Çin və BƏƏ-dən birgə hərbi təlim
Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava qüvvələri birgə hərbi təlim keçirəcək.
TodayPress TV xəbər verir ki, Çin ordusunun məlumatına görə, “Şahin Qalxanı 2026” adlı aviasiya təlimləri avqustun ikinci yarısından sentyabrın ortalarınadək Çinin Sincan Uyğur Muxtar Bölgəsinin Hotan qəzasında keçiriləcək.
Təlimlər çərçivəsində uçuş hazırlığı və müxtəlif aviasiya fəaliyyətləri həyata keçiriləcək.
Bildirilib ki, təlimlərin əsas məqsədi iştirakçı bölmələrin texniki və taktiki hazırlığını artırmaq, həmçinin Çin və BƏƏ orduları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.
Türkan İsgəndərli