Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirir

Dünya

30.12.2025 11:28

Çin Xalq Respublikasının (ÇXR) Tayvan ətrafında keçirdiyi genişmiqyaslı manevrləri dənizə və havaya təsir göstərərək regionda narahatlığa və beynəlxalq müşahidəçilərin diqqətinə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, Çin hava, dəniz və amfibiya qüvvələrindən istifadə edərək Tayvan ətrafında uzunmüddətli döyüş atışları aparıb.

Döyüş atışları Tayvan və Çin sahilləri yaxınlığında dəniz və hava məkanında eyni anda bir neçə ərazidə baş verib.

Çin ordusu açıqlayıb ki, təlimlərin bir hissəsi olaraq Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri bölmələri dəniz və hava hədəflərinə zərbələr endirməklə yanaşı, sualtı qayıqlara qarşı əməliyyatlar da həyata keçirir.

Qeyd edək ki, bu təlimlər ABŞ-nin Tayvana rekord hərbi yardım paketi elan etməsindən qısa müddət sonra başladı.

Tayvan Prezidenti Lai Çinq-de ÇXR-nın təlimlərinin "məsuliyyətli böyük bir dövlətdən gözlənilən davranışa uyğun olmadığını" söyləyərək, müdafiə qüvvələrinin eskalasiya istəmədən adanı müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Çin,Tayvan,Təlim,Hərbi,Todaypress.tv,