Çin-Nepal sərhədində sel: 558 nəfər itkin düşdü
Çin və Nepal sərhədində güclü sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət Gyirong (Jilong) sərhəd keçid məntəqəsi yaxınlığında ciddi dağıntılara səbəb olub.
TodayPress TV xəbər verir ki, son məlumata görə, 558 nəfər itkin düşüb.
Onlardan 260-nın xarici vətəndaş olduğu bildirilir. İlkin məlumatlara əsasən, 3 nəfər həyatını itirib, lakin ölənlərin dəqiq sayı hələ müəyyənləşdirilir.
Leysan yağışlarından sonra suyun səviyyəsi kəskin yüksəlib. Onlarla bina, körpü və avtomobil sel sularının altında qalıb. Hadisə yerində mobil rabitənin də kəsildiyi bildirilir.
Yerli hakimiyyət orqanları hadisəni “misli görünməmiş” adlandırıb. Mütəxəssislər selin səbəblərini araşdırır və buzlaq gölünün daşması ehtimalını da nəzərdən keçirirlər.
Türkan İsgəndərli
TodayPress TV