Çin ABŞ-nin haker hücumları ittihamını rədd etdi

Çin ABŞ-nin haker hücumları ittihamını rədd etdi
27.08.2026 14:13 Dünya

Çin ABŞ-nin dövlət qurumlarına və mühüm infrastruktura qarşı haker hücumlarında Pekinin iştirak etdiyi barədə ittihamlarını qəti şəkildə rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib.

Onun sözlərinə görə, ABŞ-nin açıqlamaları kifayət qədər sübutla əsaslandırılmayıb, Çin siyasi məqsədlərlə “yalan məlumatların yayılmasına” qarşıdır və Vaşinqtonun kibertəhlükəsizlik problemlərinə görə məsuliyyəti Pekinin üzərinə qoymaq cəhdlərini qəbul etmir.

ABŞ Ədliyyə Nazirliyi isə daha əvvəl mühüm infrastruktur və həssas məlumatların saxlandığı şəbəkələrə hücumlarda istifadə edildiyi bildirilən domenlərin ələ keçirildiyini açıqlayıb.

Vaşinqtonun iddiasına görə, hücumların hədəfləri arasında NASA, Federal Ehtiyat Sistemi, Energetika və Ədliyyə nazirlikləri, Milli Səhiyyə İnstitutları və ABŞ Senatı da olub.

ABŞ tərəfi həmçinin Çinlə əlaqəli olduğu iddia edilən QTFY qrupunun Dövlət Təhlükəsizlik Nazirliyi və Çin Xalq Azadlıq Ordusu da daxil olmaqla müxtəlif qurumlara hakerlik xidmətləri göstərdiyini bildirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər