Cənubi Koreyada böyük logistika anbarında yanğın baş verdi

Cənubi Koreyada  böyük logistika anbarında yanğın baş verdi
15.11.2025 11:45 Dünya

Cənubi Koreyanın Çxonan şəhərində iri logistika anbarlarından birində yanğın baş verib.

TodayPress TV "Chosun"a istinadən xəbər verir ki, xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğının söndürülməsi üçün müxtəlif bölgələrdən 63 yanğınsöndürmə briqadası və 129 xilasedici cəlb edilib. Binanın geyimlə dolu olması səbəbindən alovun daha sürətlə yayılması yanğının söndürülməsini çətinləşdirir.

Sakinlərə yanğın zonasından uzaq durmaq tövsiyə edilib.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər