Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi

Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi
14.07.2026 11:25 Dünya

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Cəbəllütariq hava limanında Aİ-nin elektron giriş-çıxış sistemi (EES) tətbiq edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Yeni qaydalara əsasən, Böyük Britaniya və Aİ üzvü olmayan digər ölkələrin vətəndaşları Cəbəllütariq hava limanından giriş zamanı barmaq izlərini və üz biometrik məlumatlarını təqdim etməli olacaqlar.

Cəbəllütariqin Baş naziri Fabian Pikardo bildirib ki, yeni sistem ilk vaxtlar növbələrin yaranmasına səbəb ola bilər. Bununla belə, o, hava limanındakı sərnişin axınının ciddi gecikmələrə yol verməyəcəyinə ümid etdiyini deyib.

Pikardonun sözlərinə görə, Böyük Britaniya ilə Aİ arasında əldə olunan razılaşmaya əsasən, Cəbəllütariq sakinləri bu prosedurdan azad ediləcəklər.

"Financial Times" yazır ki, EES sistemi çərçivəsində sərhəd nəzarətini İspaniya sərhədçiləri həyata keçirəcəklər.

Bunun müqabilində London Cəbəllütariqlə İspaniya arasındakı quru sərhədində pasport nəzarətinin ləğvinə razılıq verib. Həmin sərhəddən hər gün təxminən 15 min nəfər keçir.

Qəzet qeyd edir ki, bu razılaşma əldə olunmasaydı, Cəbəllütariq daha sərt sərhəd rejimi ilə üzləşə və bu da bölgənin iqtisadiyyatına ciddi zərbə vura bilərdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər