Buzlaqların əriməsi sürətlənir

Buzlaqların əriməsi sürətlənir
18.09.2025 17:39 Dünya

2024-cü il bütün buzlaq bölgələrində kütləvi buz əriməsinin qeydə alındığı ardıcıl üçüncü il olub.

TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Su Ehtiyatlarının Vəziyyətinə dair illik hesabatında bildirilir.

Hesabata görə, 2024-cü il bütün buzlaq bölgələrində irimiqyaslı buz itkisi ilə yadda qalıb. Belə ki, itki 450 giqaton təşkil edib ki, bu da dəniz səviyyəsinin 1,2 millimetr yüksəlməsinə səbəb olub.

Rekord səviyyədə buz itkisi Skandinaviya, Şpitsbergen arxipelağı və Asiyanın şimal bölgələrində qeydə alınıb. Kanada Arktikası və Qrenlandiyanın kənarlarında itkilər daha mülayim olsa da, Cənubi And dağları və Rusiya Arktikasında ərimə sürəti artmaqda davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər