Büdcə boşluğunu sürücülərin cibindən bağlayırlar: 10 mindən çox insan ayağa qalxdı
Niderlandın iri şəhərlərinin hakimiyyət orqanları bələdiyyə büdcələrinin kəsiri fonunda yaxın illərdə ödənişli parklanma zonalarını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "NU.nl" portalı məlumat yayıb.
Məlumata görə, xüsusilə Rotterdamda 13 rayonda ödənişli parklanmanın tətbiqi planlaşdırılır, yeni qaydalar dekabrın 1-də qüvvəyə minməlidir. Yaxın illərdə Utrext hakimiyyəti də analoji tədbirlər görmək niyyətindədir.
Bu qərar artıq şəhər sakinlərinin və sahibkarların narazılığına səbəb olub. Şəhərlərdə ödənişli parklanma zonalarının genişləndirilməsinə qarşı olan petisiyanı 10 mindən çox insan imzalayıb.
Portal qeyd edib ki, ödənişli parklanma zonalarının genişləndirilməsi yerli büdcələri doldurmaq zərurəti ilə bağlıdır. Niderlandın bir çox bələdiyyələri bir neçə ildir ki, maliyyə çətinlikləri ilə üzləşir. Bu çətinliklər onların əsas gəlir mənbəyi olan dövlət bələdiyyə fondundan ayırmaların azaldılması ilə daha da kəskinləşir.
Aysel Mətləb