Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu
Qazaxıstanda vətəndaşlara elektron ticarət platformalarında nüvə silahı və digər təhlükəli silahların alınması qadağan edilib.
TodayPress TV xəbər verir ki, Qazaxıstanın Ticarət Nazirliyi elektron ticarət platformalarında yerləşdirilməsi və satışı qadağan olunan, eləcə də məhdudlaşdırılan məhsulların rəsmi siyahısını təsdiqləyib.
Siyahıya odlu və soyuq silahlarla yanaşı, təsir gücü radioaktiv şüalanma və bioloji təsirə əsaslanan silahlar da daxil edilib.
Yeni qaydalar elektron ticarət platformalarında bu kateqoriyaya aid məhsulların satışının qarşısını almağı nəzərdə tutur.
Kübra Musayeva