Britaniya parlamentinin işçiləri tətilə başladı

Britaniya parlamentinin işçiləri tətilə başladı
02.09.2025 17:51 Dünya

Böyük Britaniya parlamentinin yüzlərlə təhlükəsizlik işçisi, əmək haqqı və iş şəraitindən narazı olduqları üçün tətilə başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət və Kommersiya Xidmətləri İttifaqı (PCS) məlumat yayıb.

Tətilin 3-4 və 10-11 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. 1-12 sentyabr tarixləri arasında isə işçilər əmək vəzifələrinin yalnız minimum hissəsini yerinə yetirəcək, iş vaxtından artıq işləməkdən imtina edəcəklər.

Təhlükəsizlik işçiləri, həmçinin illik məzuniyyətin 6 gün azaldılmasına da etiraz edirlər.

Parlament rəhbərliyi bildirib ki, tətil dövründə London polisi təhlükəsizliyi təmin etməyə yardım edəcək.

Qeyd edək ki, bu cür etirazlar təkcə Böyük Britaniyada deyil. Belə ki, avqust ayında Avstraliyada 50 minə yaxın müəllim iş şəraitinin yaxşılaşdırılması tələbilə 15 ildən sonra ilk dəfə etiraza qalxıb. Tətil Kvinslend ştatında 1266 dövlət məktəbini əhatə edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər