Böyük Britaniya İsrailə qarşı tədbirlər paketi hazırlayır
Birləşmiş Krallıq İsrailin İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətinə cavab olaraq yaxın həftələrdə tədbirlər paketi təqdim edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend ölkə parlamentinin İcmalar Palatasında çıxışı zamanı danışıb.
“Bu hökumət iki dövlətin yaradılması həllinin məhv edilməsinə razı olmayacaq. Biz hərəkətə keçəcəyik və yaxın həftələrdə hərtərəfli tədbirlər kompleksini açıqlayacam”, - deyə o söz verib.
Qeyd edək ki, iyun ayında Birləşmiş Krallıq Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç və Fransa ilə birlikdə məskunlaşma ərazilərinin rekord həddə genişləndirilməsi və İordan çayının qərb sahilində məskunlaşanların zorakılığının artmasına cavab olaraq sanksiyalar tətbiq edib. Məhdudiyyətlər bir fiziki şəxsə və altı şirkətə şamil olunub.
Aysel Mətləb