“Biz tammiqyaslı müharibə vəziyyətindəyik” - Pezeşkian
“Biz tammiqyaslı iqtisadi, hərbi və təhlükəsizlik müharibəsi vəziyyətindəyik”.
TodayPress TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Lider hökumətin iqtisadiyyatda ciddi problemlərin olmasından “utandığını” da qeyd edib.
“Tramp (ABŞ Prezidenti) asanlıqla deyir ki, İrana ən sarsıdıcı və ya ən dəhşətli sanksiyaları tətbiq edəcəklər. Biz bu qeyri-bərabər müharibə qarşısında dayanır və xalqa xidmət göstərməyə çalışırıq”, - deyə İran Prezidenti əlavə edib.
Aysel Mətləb