Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir

Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir
17.07.2026 15:36 Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Ukraynadakı döyüşlərlə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, Retkliff  cəbhəyə göndərilən rus əsgərlərinin ölməzdən və ya yaralanmazdan əvvəl orta hesabla cəmi 20–30 dəqiqə sağ qaldığının təxmin edildiyini deyib. 

Onun sözlərinə görə, bunun əsas səbəbi Ukrayna ordusunun süni intellektlə işləyən pilotsuz uçuş aparatlarından (PUA) geniş və effektiv şəkildə istifadə etməsidir.

CIA rəhbəri qeyd edib ki, bu texnologiyalar döyüş meydanında hədəflərin aşkarlanması və məhv edilməsini əhəmiyyətli dərəcədə sürətləndirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər