Berlin-Vaşinqton xəttində gözlənilməz DÖNÜŞ – Pistorius Heqsetlə görüşəcək
Almaniyanın müdafiə naziri Boris Pistorius sentyabrın 15-də Vaşinqtonda amerikalı həmkarı Pit Heqsetlə görüşməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri NATO ölkələrinin müdafiə qurumlarının iki nümayəndəsinə və ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım ilin əvvəlində Pentaqon rəhbərinin səfər təklifini rədd etməsindən sonra mövqedə gözlənilməz dəyişiklik olub. Görüş Pistoriusun Almaniyanın satın aldığı "F-35" qırıcılarının təqdimatı ilə əlaqədar ABŞ-yə səfəri çərçivəsində keçiriləcək.
Qeyd edək ki, İran və Ukrayna ətrafındakı münaqişələr fonunda iki ölkə arasında münasibətlərdə yaranmış gərginlik səbəbindən Heqsetin daha əvvəl görüşdən imtina etməsini nəzərə alsaq, bu danışıqlar mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı nazirlərin Leypsiq/Halle hava limanında aşkarlanan PUA insidentini, eləcə də Pentaqonun ABŞ-nin Avropadakı hərbi mövcudluğuna yenidən baxmasını müzakirə edəcəyi gözlənilir.
Aysel Mətləb