Berlin hava limanında texniki nasazlıqlar qeydə alındı

Berlin hava limanında texniki nasazlıqlar qeydə alındı
20.09.2025 13:45 Dünya

Berlin hava limanında sərnişinlərin qeydiyyatı zamanı texniki problemlər yaranıb.

TodayPress TV xəbər verir ki, bu barədə hava limanının rəsmi saytında məlumat yayılıb.

"Avropada fəaliyyət göstərən sistem provayderi ilə bağlı texniki problemlər səbəbindən qeydiyyatın gözləmə müddətləri artıb. Hazırda problemin həlli üzərində işləyirik", - məlumatda deyilir.

Qeyd edək ki, London Hitrou Hava Limanı da öz internet saytında oxşar problemlərə görə uçuş gecikmələrinin baş verə biləcəyini bildirib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər