Bəhreyndə güclü partlayış səsləri eşidildi - VİDEO
Bəhreyndə bir neçə güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, iddialara görə, İran ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının bazasına hava zərbəsi endirib.
Hadisə ilə bağlı hələlik rəsmi təsdiq verilməyib. Həmçinin hücumun nəticələri, mümkün dağıntılar və zərərçəkənlər barədə də dəqiq məlumat açıqlanmayıb.