Batumidə leysan yağışları fəsadlar törətdi
Gürcüstanın Batumi şəhərində leysan yağışları fəsadlar törədib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, bir neçə küçə su altında qalıb.
Yağış suları yaşayış binalarının həyətlərinə və zirzəmilərinə dolub.